Afti Bard – Mavi Hovuz

Letra “Afti Bard – Mavi Hovuz” Official Lyrics


Giriş

Qış ötdü, keçdi
Yayı salamla
Bikefliyi gəl qoy qırağa
Sən və mən bir mavi hovuz
Axı, deyən, oğurladım fikrini

Qış ötdü, keçdi
Yayı salamla
Bikefliyi gəl qoy qırağa
Sən və mən bir mavi səma
Axı, deyən, oğurladım fikrini ah!

cujBpY

Bənd 1

Rəssam, sevgilimin rəsmini gəl çək
Sevgilim gözəldir, sən də gözəl çək
Nazına çatanda fırçadan əl çək
Qoy onun nazını özüm çəkim

Çək onun qaradan qara telini
Çək, rəssam, çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü özüm çəkim


Nəqərat

Bu yay bizim, canciyəzim
Bu yay bizim, canciyəzim
Bu yay, yay, yay bizim
(“Мы тут”)

Bu yay bizim, canciyəzim
Bu yay bizim, canciyəzim
Bu yay, yay, yay bizim
(“Мы тут” bir balaca)

Lyricsbyletras.com


Bənd 2

Ürəyim adınla döyünür mənim
Bəzədin ömrümün göyünü mənim
Şeirim sətir-sətir öyünür mənim
Sənin baxışınla əzizlənəndə


O gözün nuru ilə dünya göründü
Oradan başladı yolumuz bizim
Həmin təbəssümdür bəlkə də indi
Ən böyük sərvətimiz hər birimizin?


Keçid

Bu haylı-küylü dünyada
İkimizə bir guşə toxu
Sən və mən…

Bu haylı-küylü dünyada
İkimizə bir guşə toxu
Sən və mən…


Nəqərat

Qış ötdü, keçdi
Yayı salamla
Bikefliyi gəl qoy qırağa
Sən və mən bir mavi səma
Axı, deyən, oğurladım fikrini ah!

Bu yay bizim, canciyəzim
Bu yay bizim, canciyəzim
Bu yay, yay, yay bizim
(“Мы тут”)


Bu yay bizim, canciyəzim
Bu yay bizim, canciyəzim
Bu yay, yay, yay bizim
(“Мы тут” bir balaca)

Search music video on youtube:

    Descubra mais sobre LyricsByLetras

    Assine agora mesmo para continuar lendo e ter acesso ao arquivo completo.

    Continue reading